Bakıda orta məktəb yanır

11:42 | 04.12.2014
Bakıda orta məktəb yanır

Bakıda orta məktəb yanır

Bakıda orta məktəb binası yanır.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 73 ünvanında yerləşən 102 saylı orta məktəb binasında meydana gəlib. Yanğınla əlaqədar orta məktəbin müəllim və şagirdləri təxliyə edilib.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğının qarşısını almaq üçün hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb