Bakı-2015: Daha 6 ölkənin nümayəndə heyəti Bakıya gəldi - Fotolar

11:05 | 06.06.2015
Bakı-2015: Daha 6 ölkənin nümayəndə heyəti Bakıya gəldi - Fotolar

Bakı-2015: Daha 6 ölkənin nümayəndə heyəti Bakıya gəldi - Fotolar

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək İngiltərə, İsveç, İrlandiya, Bolqarıstan, Fransa, Sloveniya nümayəndə heyətləri Azərbaycana gəlib.

APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında  "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.
 
İsveçin I Avropa Oyunlarındakı missiya rəhbəri Piter Reynebl hava limanında jurnalistlərə bildirib ki, səfərdə məqsəd komandanın qalacağı yerlərlə tanış olmaq və "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri ilə görüşlər keçirməkdir: "Komandamız Bakıya iyunun 9-da gələcək. Ölkəmiz I Avropa Oyunlarında 76 idmançı ilə təmsil olunacaq. İndiyədək dörd dəfə Bakıya səfər etmişik və idman obyektləri ilə tanış olmuşuq. Amma ən maraqlı günlər yarışlar başladıqdan sonra olacaq".
 
İrlandiyanın I Avropa Oyunlarındakı missiya rəhbəri Dorme Hinhan isə bildirib ki, irlandlar Bakıya iddialı gəlirlər: "62 idmançı ilə təmsil olunacağıq. Ümumilikdə, nümayəndə heyətimiz məşqçilər, həkimlər və menecerlərlə birlikdə 105 nəfərdən ibarətdir. Ölkəmizə 4 medalla dönə bilsək, I Avropa Oyunlarını bizim üçün uğurlu hesab etmək olar".
 
Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar.
 
Qeyd edək ki, "Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında  "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
 
Yarışlara kimi "Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərir.
 
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb