Bakı-2015: Oyunların VII günündə nələr olacaq?

09:00 | 18.06.2015
Bakı-2015: Oyunların VII günündə nələr olacaq?

Bakı-2015: Oyunların VII günündə nələr olacaq?

Bakı-2015 I Avropa Oyunlarının VII günündə idmanın 12 növü üzrə yarışlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, yarış iştirakçıları 7 növdə 16 dəst medalın sahibini müəyyənləşdirəcək.
 
Sərbəst güləş üzrə 4 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Bununla, Avropa Oyunlarının güləş yarışları yekunlaşacaq.
 
Yarışları start götürən şosse velosipedçiləri və suyatullananlar ilk 2 dəst medal uğrunda mübarizə aparacaq.
 
Bundan başqa, taekvondo, kamandan oxatma, atıcılıq, idman gimnastikası növlərinin hərəsində iki dəst medal oynanılacaq.
 
Boks və stolüstü tennis yarışlarında növbəti görüşlər baş tutacaq. Su polosu, voleybol, çimərlik voleybolu yarışlarında isə komandalar növbəti oyunlarına çıxacaq.
 
18 iyun
 
09:00. Suyatullanma
Kişilər, tramplin, 1 m
Qadınlar, platforma
Bakı Su İdmanı Mərkəzi
 
09:00. Taekvondo
Qadınlar, 67 kq
Kişilər, 80 kq
Bakı Kristal Zalı
 
09:00. Voleybol
Kişilər, B qrupu
Bolqarıstan - Almaniya
Bakı Kristal Zalı
 
09:00. Kamandan oxatma
Qadınlar, komanda, 1/4 final, 1/2 final, final
Kiçilər, komanda, 1/4 final, 1/2 final, final
Tofiq Bəhramov adına Respublika stadionu
 
10:00. Velosiped idmanı
Şosse
Bilgəh Çimərliyi
 
10:00. Çimərlik voleybolu
Kişilər, qrup mərhələsi
Qadınlar, seçmə mərhələ, 1/8 final
Çimərlik Arenası
 
10:00. Güləş
Sərbəst güləş
61 kq, 70 kq, 86 kq, 125 kq
Heydər Əliyev adına İdman Arenası
 
11:00. Atıcılıq
Qarışıq komanda yarışları, səngər stendi
Kişilər, 50 metrdən uzanaraq tüfəng ilə atəş
Bakı Atıcılıq Mərkəzi
 
11:00. Stolüstü tennis
Qadınlar, 3-cü dövrə, 1/4 final
Kişilər, 3-cü dövrə, 1/4 final
Bakı İdman Zalı
 
11:00. Voleybol
Kişilər, A qrupu
Rusiya - Slovakiya
Bakı Kristal Zalı
 
12:30. Boks
Kişilər, 1/16 final
60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq
Bakı Kristal Zalı
 
13:00. Su polosu
Qadınlar
11-ci yer uğrunda
Vaterpol Arenası
 
14:30. Su polosu
Qadınlar
7-10-cu yerlər uğrunda
Serbiya – Slovakiya
Vaterpol Arenası
 
14:30. Voleybol
Kişilər, A qrupu
Finlandiya - Türkiyə
Bakı Kristal Zalı
 
16:30. Voleybol
Kişilər, B qrupu
Azərbaycan - Fransa
Bakı Kristal Zalı
 
17:00. Su polosu
Qadınlar
7-10-cu yerlər uğrunda
Vaterpol Arenası
 
17:30. İdman gimnastikası
Kişilər, fərdi çoxnövçülük
Qadınlar, fərdi çoxnövçülük
Milli Gimnastika Arenası
 
18:30. Su polosu
Qadınlar
Yarımfinal
İtaliya – Rusiya
Vaterpol Arenası
 
20:00. Su polosu
Qadınlar
Yarımfinal
Vaterpol Arenası
 
20:00. Voleybol
Kişilər, B qrupu
İtaliya - Belçika
Bakı Kristal Zalı
 
22:00. Voleybol
Kişilər, A qrupu
Serbiya - Polşa
Bakı Kristal Zalı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb