Bakı-2015: Yığmamız İtaliya ilə qarşılaşacaq - YENİLƏNİR

12:20 | 16.06.2015
Bakı-2015: Yığmamız İtaliya ilə qarşılaşacaq - YENİLƏNİR

Bakı-2015: Yığmamız İtaliya ilə qarşılaşacaq - YENİLƏNİR

Bu gün Bakı-2015 I Avropa Oyunlarında kamandan oxatma yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda 5 növdə yarışlar keçirilir.
 
Kişilər və qadınlar fərdi yarışların reytinq mərhələsində qüvvəsini sınayır. Azərbaycan kişilərin yarışında 3 idmançı - Aleksey Kopnin, Roman Vengerov və Taras Senyuk təmsil olunub. Reytinq mərhələsində Senyuk 328 xalla 45-ci, Kopnin 314 xalla 50-ci, Vemgerov 301 xalla 57-ci olub.
 
İyunun 20-də keçiriləcək 1/32 finalda Vengerov fransalı Lukas Daniellə, Senyuk lüksemburqlu Ceff Henkellə, Kopnin isə rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq.
 
Kişilərin komanda yarışlarında reytinq mərhələsi başa çatıb. 1893 xal toplayan Azərbaycan millisi 13 komanda arasında 12-ci olub.  Yığmamız sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Görüş saat 11:15-də start götürəcək.
 
Qadınların yarısında təmsilçilərimizdən Yaylagül Ramazanova, Nurlana Vəliyeva və Olqa Senyuk çıxış edir. Bundan başqa, qadın və qarışıq komandalar qüvvəsini sınayacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb