Bakıda marketdə işləyən gözətçini öldürən dostlar qətli necə törətdiklərini danışıblar.
"Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, iyunun 1-də səhər saat 06 radələrində paytaxt sakini Hüseyn Əhmədovun Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb.
Aparılmış istintaqla məlum olub ki, adları çəkilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin tarixdə mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə bağlamaqla onu öldürüblər. Daha sonra isə mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq ediblər.
Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf edib. Onlardan hadisə zamanı mağazadan əldə etdikləri vəsait, həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !