Bakıda üçəmlər dünyaya gəldi – Mehriban, Leyla və Arzu – VİDEO

10:20 | 19.01.2019
Bakıda üçəmlər dünyaya gəldi – Mehriban, Leyla və Arzu – VİDEO

Bakıda üçəmlər dünyaya gəldi – Mehriban, Leyla və Arzu – VİDEO

Bakıda yaşayan Vəliyevlər ailəsinin sevincinin həddi- hüdüdu yoxdur. 

Ailə 3 illik həsrətin sonunda 3 gözəl qız övladın dünyaya gəlişi sevincini yaşayır. Dövlətimizə və dövlət başçısının ailəsinə böyük sevgi bəsləyən ailə üçəmlərə Mehriban, Leyla və Arzu adlarını verib. 

Üçümləri görmək üçün News24.az olaraq, ailəni ziyarətə getdik. İlk qarşılaşdığımız mənzərə bu sevinci ailənin yaşadığı maddi sıxıntıları bir az kölgədə qoyması oldu... Yenicə dünyaya göz açan qızcığazların anası Xanım Vəliyevanın sözlərinə görə, onların evləri yoxdur, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almırlar.

Ailənin maddi vəziyyəti nə qədər pis olsa da, 3 körpənin verdiyi xoşbəxtlik gözlərindən oxunur. 
Onu da qeyd edək ki, üçəmlər Mama - Ginekoloq Sevinc Sevdimalıyevanın nəzarəti ilə dünyaya gəlib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb