Bakıda Zəhraya görə dava: "Ölüb ölübdə, o uşaq mənim vecimə də deyil” - VİDEO

11:35 | 10.07.2017
Bakıda Zəhraya görə dava:

Bakıda Zəhraya görə dava: "Ölüb ölübdə, o uşaq mənim vecimə də deyil” - VİDEO

Bakının piyada keçidlərindən birində xoşagəlməz hadisə yaşanıb.

Piyada keçidində yerləşən obyektlərdən birinin sahibi ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhranın dəfn günündə yüksək səslə şən musiqi səsləndirib. Bu da keçiddən istifadə edən vətəndaşlar tərəfindən etirazla qarşılanıb. Obyektin mühafizəçisi isə musiqinin səsini endirməyəcəyini, baş verənlərin isə onun vecinə olmadığını bildirib.

 "Bu, mənim problemim deyil. Mən xızılıyam. Orada ölən mənim vecimə də deyil”. Ərazidə olan şəxslər qanına qəltan edilmiş, məsum Zəhranın şəkilini göstərsələr də, bu naqis hərəkəti edən insanı, "azərbaycanlını" inadından döndərə bilməyiblər.

Qeyd edək ki, Zəhra Quliyeva iyulun 4-də ermənilərin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində dünyasını dəyişib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM