“Bank of Azerbaijan”ın əmanətçilərinə 16 milyon manat ödənildi

23:31 | 05.02.2016
“Bank of Azerbaijan”ın əmanətçilərinə 16 milyon manat ödənildi

“Bank of Azerbaijan”ın əmanətçilərinə 16 milyon manat ödənildi

Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan”ın qorunan əmanətçilərinə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a verilən məlumata görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən 7 gün ərzində sənədləri qaydasında olan qorunan əmanətçilərə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

30 iyul 2007-ci ildən Fonda üzv olan "Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. "Gəncəbank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 4-dən etibarən başlanılmasına baxmayaraq, kompensasiyaların alınması üçün az sayda müraciət olunub.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb