Beynəlxalq Olimpiya komitəsi Azərbaycanı mükafatlandırdı

16:07 | 24.12.2013
Beynəlxalq Olimpiya komitəsi Azərbaycanı mükafatlandırdı

Beynəlxalq Olimpiya komitəsi Azərbaycanı mükafatlandırdı

ARDNŞ ekoloji sahədə mükafata layiq görülüb. ANN.Az-ın ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti qəbul etdiyi ekoloji siyasətə uyğun olaraq son dövrdə yeni ekoloji layihələr həyata keçirilir.Bu sırada həm tullantıların idarəolunması, atmosferin çirklənməsinin qarşının alınması, həm də çirkələnmiş torpaqların təmizlənməsi sahəsində aparılan layihələri xüsusi qeyd etmək olar. ARDNŞ çirklənmiş torpaqların təmizlənməsini və təmizlənmiş torpaqlarda idmana töhfə verəcək qurğuların tikintisini həyata keçirir. Bu qəbildən olan ən iri layihə Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölü ətrafında Bakı Olimpiya Stadionunun tikintisi layihəsidir. İdman və ətraf mühitə xidmət edən bu cür layihələr Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilib və ARDNŞ-yə ətraf mühitin qorunması ilə idmanın inkişafına verdiyi töhfəyə görə xüsusi mükafat təqdim edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb