Beyninə çip yerləşdirilən ilk pasiyent şahmat oynayıb - Video

12:16 | 21.03.2024
Beyninə çip yerləşdirilən ilk pasiyent şahmat oynayıb - Video

Beyninə çip yerləşdirilən ilk pasiyent şahmat oynayıb - Video

Beyninə "Neuralink” şirkətinin çipi yerləşdirilən ilk pasiyent Nolan Arbo düşüncəsinin gücündən istifadə edərək şahmat oynayıb. 

Oyun şirkətin "X” hesabında yayımlanıb. 

Beyninə çip yerləşdirilən ilk insan 29 yaşlı Nolan Arbo təqribən 8 il əvvəl bədbəxt hadisə nəticəsində iflic olub. O, boynundan aşağı heç bir bədən üzvünü hiss etmir. 

Onun hazırda çip sayəsində öz noutbukunda sadəcə bu barədə düşünərək şahmat lövhəsində kursoru hərəkət etdirə bildiyi vurğulanıb. Arbonun sözlərinə görə, fasilələrlə kompüter oyunları oynayır: "Bu, hələ ideal deyil, qarşıda çox iş var, lakin həyatım artıq dəyişib”. 

"Neuralink” tərəfindən Arbonun beyninə yanvarın 28-i ilk dəfə olaraq kompüter çipi yerləşdirilib. Çipə "Telepathy” adı verilib. Çip insanlara düşüncələrinin gücü ilə elektron cihazları idarə etmək imkanı yaradır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb