Bolqarıstanlı nazirlər Bakıya gələcək

19:31 | 08.09.2016
Bolqarıstanlı nazirlər Bakıya gələcək

Bolqarıstanlı nazirlər Bakıya gələcək

 Azərbaycanın energetika naziri Natiq Əliyev Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristovanı qəbul edib. 

Bu barədə "Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə sentyabrın 29-30-da Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının IV iclasına hazırlıq məsələləri müzakirə edilib.
Tədbirdə iştirak etmək üçün energetika naziri Temenujka Petkova və iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətinin Bakıya səfəri barədə məlumat verən səfir bildirib ki, iclas çərçivəsində iş adamlarının iştirakı ilə biznes-forumla yanaşı bır sıra görüşlərin keçirilməsi də planlaşdırılır.

M.Xristova Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək məsələlərin müzakirəsi baxımından iki ölkənin energetika nazirlərinin görüşünün vacibliyini diqqətə çatdırıb.

N.Əliyev də bildirib ki, həyata keçirilən birgə layihələr və birləşdirici kəmərlərlə bağlı görülən işlərin nəzərdən keçirilməsi üçün belə bir görüşə ehtiyac var. Nazir Bolqarıstanın da təmsil olunduğu "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının gələn il keçiriləcək növbəti iclası ilə əlaqədar da T.Petkova ilə müzakirələrin əhəmiyyətli olacağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb