BP-nin İlham Zəkiyev haqqında filmi mükata layiq görülüb

14:56 | 26.12.2017
BP-nin İlham Zəkiyev haqqında  filmi mükata layiq görülüb

BP-nin İlham Zəkiyev haqqında filmi mükata layiq görülüb

Qaranlıqdan işığa doğru addımlayan  nəhəng bir şəxs.

Bu yol onu ən yaxşı kim ola bilərsə, ora aparan yol, bu nəhəng kişi isə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyevdir. O,  18 yaşından qaranlıqdadır - Qarabağ müharibəsində bir  güllə onun gözlərinin işığını alandan bəri. Amma daxilindəki işığın enerjisi ilə o, əfsanəvi "Döyüşçü”yə çevrilə bilib. BP-nin "Döyüşçü” filmi belə başlanır.
 
BP  London 2012 Oyunlarından başlayaraq İlham Zəkiyevə sponsorluq edir. O, BP-nin idmançı səfiridir və şirkət də  onun haqqında qısa video çarx  hazırlayıb. "Döyüşçü” adlanan bu video Rio 2016 Oyunları ərəfəsində BP-nin Beynəlxalq Paralimpiya Komitəsinə dəstək məqsədilə keçirdiyi "Daxildən Gələn Enerji” kampaniyası üçün hazırlanmış 8 filmdən biridir. Bu vaxtadək "Döyüşçü”yə bütün dünyada 18 milyon  insan baxıb və film üç nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
 
İki mükafat "Cannes Corporate Media & TV Awards 2016” müsabiqəsində qazanılıb  -  "Kann 2016 Qızıl Mükafat Qalibi” (Marketinq Kommunikasiyası B2C kateqoriyasında) və  "Kann mükafatı” (Xeyriyyə, Qeyri-kommersiya, Korporativ Sosial Məsuliyyət kateqoriyasında).
 
Üçüncü mükafat isə "EVCOM Clarion Awards 2016” müsabiqəsində əldə edilib. Burada "Döyüşçü” filmi Sosial (ekran) filmlər kateqoriyasında yüksək mükafata layiq görülüb. "EVCOM Clarion Awards” mükafatları korporativ sosial məsuliyyət və davamlı inkişaf, o cümlədən ətraf mühit, müxtəliflik, bərabərlik, icma, xeyriyyə təşəbbüsləri, təhsil, etika, sağlamlıq və rifah sahələrindəki fəaliyyətlərin təltif edildiyi aparıcı tədbir və film mükafatlarıdır.
 
Bu mükafatlar həm BP-nin, həm də İlham Zəkiyevindir - hər iki qalibi də təbrik edirik! 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb