Braziliya millisinin Rio-de Janeyroyada keçiriləcək Yay Olimpiya Oyunları üçün heyəti müəyyənləşib.
Qol.az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, siyahıda 18 futbolçu yer alıb.
Braziliyanın Olimpiya yığmasının baş məşqçisi Rojerio Mikale yaşı 23-dən yuxarı üç futbolçuya dəvət göndərib. Bunlar Neymar ("Barselona"), Duqlas Kosta ("Bavariya") və qapıçı Fernando Prassdır ("Palmeyras").
Qeyd edək ki, avqustun 3-dən 20-dək keçiriləcək turnirdə Braziliya millisi qrupda CAR, İraq və Danimarka ilə mübarizə aparacaq.
Qapıçılar: Fernando Prass ("Palmeyras"), Uilson ("Atletiko Mineyro")
Müdafiəçilər: Luan ("Vasko de Qama"), Rodriqo Kayo ("Sao Paulo"), Markinyos (PSJ), Duqlas Santos ("Atletiko Mineyro"), Zeka ("Santos"), Villian ("İnternasional")
Yarımmüdafiəçilər: Rafinya ("Barselona"), Rodriqo Dourado ("İnternasional"), Fred ("Şaxtyor", Donetsk), Tiaqo Maya ("Santos"), Felipe Anderson ("Latsio")
Hücumçular: Neymar ("Barselona"), Duqlas Kosta ("Bavariya"), Qabriel Barbosa ("Santos"), Qabriel Jesus ("Palmeyras"), Luan ("Qremio")
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !