Bu ay dənizdə batmaq təhlükəsi ilə üzləşən 13 nəfər xilas edilib

20:30 | 19.06.2019
Bu ay dənizdə batmaq təhlükəsi ilə üzləşən 13 nəfər xilas edilib

Bu ay dənizdə batmaq təhlükəsi ilə üzləşən 13 nəfər xilas edilib

İyun ayının 1-dən bu günə kimi dənizdə batmaq təhlükəsi ilə üzləşən 13 nəfər xilas edilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, xilas edilənlərdən biri əcnəbidir.

Dövlət Xidməti əhaliyə xəbərdarlıq da edib. Xəbərdarlıqda əhalinin qeyri-çimərlik, o cümlədən qadağan olunmuş ərazilərdən çimərlik kimi istifadə etməməsi tövsiyə olunub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM