Bu ilin birinci yarısında AÇG layihəsinə xərclənən vəsait açıqlandı

18:22 | 22.08.2016
Bu ilin birinci yarısında AÇG layihəsinə xərclənən vəsait açıqlandı

Bu ilin birinci yarısında AÇG layihəsinə xərclənən vəsait açıqlandı

Bu ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən 260 milyon dollar əməliyyat məsrəfləri və 828 milyon dollar əsaslı məsrəflər xərclənib. 

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İki rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (153 000), Qərbi Azəri (117 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (136 000) və Qərbi Çıraq (127 000) platformalarından birlikdə – gündə orta hesabla 655 000 barel və ya ümumilikdə 119 milyon bareldən artıq, yəni 16 milyon ton təşkil edib. 

İyun ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 43 qaz və su injektor quyusu istismarda idi. Bu ilin birinci yarısında AÇG-də 9 neft hasilat quyusu, 3 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb. 

"Bu ilin birinci yarısı ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,2 milyon kubmetr, ümumilkdə isə 1,31 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub" - deyə məlumatda bildirilir.
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb