Bu şəhərdə "tez bazar" sevişmək üçün kabinələr quraşdırılacaq? - TƏKLİF

16:18 | 10.09.2014
Bu şəhərdə "tez bazar" sevişmək üçün kabinələr quraşdırılacaq? - TƏKLİF

Bu şəhərdə "tez bazar" sevişmək üçün kabinələr quraşdırılacaq? - TƏKLİF

Avstriya paytaxtı Vyananın küçələrində "tez bazar seks" kabinələrinin quraşdırılması təklif olunub.

ANN.Az-ın "Lenta.ru"ya istinadən xəbərinə görə, ictimai yerlərdə qanunsuz fahişəliklə mübarizə aparan Vyana meri Sandra Frenberqer fahişələrin müştəriləri ilə rahat görüşə bilməsi üçün “seks kabinə”lərinin quraşdırılmasını təklif edib. O, bu məsələnin baxılması üçün şəhər hökumətinə göndərib. Merin sözlərinə görə, bu üsul ilə gecə müştəri axtaran “gecə kəpənək”lərini tam nəzarət altına almaq mümkün olacaq. Kabinetlər “sürətli sevişmək” üçün lazım olan bütün vasitələrlə təmin olunacaq.

Vyana meri bildirib ki, yaxın zamanlarda bu məsələni fahişəliklə mübarizə aparan yerli işçi qrupu, polis və QHT-lərlə müzakirə edəcək.

Şəhər hökumətində “seks kabinet” ideyası Floridsford və Liziniq şəhərlərinin sakinləri tərəfindən edilən narazılıqdan sonra yaranıb. Yaşayış evlərinin qarşısında müştəri axtarışları valideynlərin xoşuna gəlmir, onlar bunu əxlaq və etikaya uyğun hesab etmirlər.

Vyana 2013-cü ildə oxşar “seks kabinə”lərini quraşdıran Sürixin təcrübəsindən istifadə edə bilər. Taxtadan qurulan bu kabinələrdən əsasən Sürixə tranzitlə gələn sürücülər istifadə edir. Belə mini evlər həftənin 7 günü səhər saat 5-ə qədər açıq olur və çox məşhurdur.

Avstriyada fahişəlik 19-cu əsrdən etibarən leqallaşdırılıb və fahişələr tamamilə qanuni fəaliyyət göstərirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb