Caspian European SOCAR-la birgə biznes-forum keçirəcək

13:32 | 10.04.2015
Caspian European SOCAR-la birgə biznes-forum keçirəcək

Caspian European SOCAR-la birgə biznes-forum keçirəcək

Caspian European Club 2015-ci il aprelin 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sədrliyi ilə biznes-forum keçirəcək.

"Biz Caspian European Club-un üzv şirkətlərinə göstərdiyi daimi dəstəyə görə SOCAR-ın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk", - deyə Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər həmçinin Azərbaycanın neft-qaz sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab almaq, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti ilə biznes arasında fəal dialoqun yaradılması üçün təkliflər irəli sürmək imkanı əldə edəcəklər.

Caspian European Club-un üzv şirkətləri ilə yanaşı, tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilərlər.

Biznes-forumda iştirak etmək istəyən Caspian European Club-a və həmkar təşkilatlara üzv olmayan şirkət rəhbərləri aprelin 14-dək Caspian European Cub-a müraciət edə bilərlər: [email protected]


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb