Cazın əfsanəsi Bakıda

23:31 | 03.01.2015
Cazın əfsanəsi Bakıda

Cazın əfsanəsi Bakıda

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fevralın 28-də Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on dəfə "Qremmi” mükafatı laureatı Bobby McFerrinin və qrupunun konserti olacaq.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilib ki, konsertin biletləri artıq satışa çıxarılıb və şəhərin kassalarından əldə etmək mümkündür.

Musiqiçinin birinci albomu 1982-ci ildə çıxıb. 1984-cü ildə isə heç bir musiqi aləti olmadan yazılan "The Voice” adlı ilk caz albomu işıq üzü görüb. Bobby McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə "Qremmi” mükafatına layiq görülmüş "Don't Worry, Be Happy” mahnısı ilə dünya şöhrəti qazanıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb