“Patı” ilə tutuldu, başqa cinayətinin üstü açıldı

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü açılıb.
DİN-dən Anews.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Kolanı kənd sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb.
R.Novruzovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun yaşadığı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə soyğunçuluq məqsədilə qanunsuz daxil olmaq istədiyi də müəyyən edilib.
www.anews.az
























