74 yaşlı kişi də dənizdə boğuldu

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində bir nəfər dənizdə (nəzarətsiz ərazi) batıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1947-ci il təvəllüdlü Həsənov Nizami Əbülfət oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
www.anews.az
























