• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə karantini bir neçə dəfə pozan icarədar barəsində araşdırma başlanılıb

Şəkidə karantini bir neçə dəfə pozan icarədar barəsində araşdırma başlanılıb
08.08.2021 16:30
Şəkidə Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə şadlıq sarayında , eləcə də fərdi evdə təşkil edilən toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az-a verilən məlumata görə, yoxlama zamanı rayonun Kiçik Dəhnə kəndində yerləşən "Dəhnə” şadlıq sarayında keçirilən toy mərasimində 200 nəfərə yaxın qonağın iştirakı etdiyi məlum olub. İnfeksiyanın yayılmasına şərait yaradan obyektin icarədarı İxtiyar Rəsulov Polis Şöbəsinə dəvət edilib və hazırda onun barəsində İstintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə də polis əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı həmin şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirakı ilə əlaqədar İ.Rəsulovla profilaktik söhbət aparılıb və barəsində cərimə protokolu tərtib olunub. Lakin o, bundan nəticə çıxarmayaraq yenə də analoji qayda pozuntusuna yol verməklə pandemiya dövrünün tələblərini kobud şəkildə pozub.

Keçirilən tədbirlər zamanı rayonun Aydınbulaq kəndində İsa Pirimova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə 120 qonağın iştirak etdiyi müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı mərasimi təşkil edən İ.Pirimov , eləcə də tibbi maskadan istifadə etməyən 3 xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
 







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Cəmiyyət 12:40
Leysan olacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Cəmiyyət 11:46
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Cəmiyyət 11:08
Bakıda “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Cəmiyyət 09:11
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol