Rus hərbçilər Ermənistanda qəzaya düşdü - 1 ölü, 4 yaralı
08.08.2021 19:10
Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb.
"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gümrü-Yerevan magistralında, Talin yaşayış məntəqəsi yaxınlığında baş verib.
Avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində bir rus hərbçisi ölüb, 4 nəfər isə yaralanıb.