• $
  • €
  • ₽
  • ₺
  • £

Vətən Müharibəsi Qəhrəmanının qızı Şuşada - Foto

Vətən Müharibəsi Qəhrəmanının qızı Şuşada - Foto
18.08.2021 20:10
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqusun 17-də Şuşanı ziyarət edən diaspor nümayəndələri arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, şəhid Ramiz Cəfərovun qızı, hazırda Polşada təhsil alan Nigar Cəfərova da olub.

Komitədən  Anews.az-a verilən məlumata görə, Ramiz Cəfərov özü də xaricdə, 1974-cü ildə Ukraynanın Donetsk vilayətinin Makeevka şəhərində dünyaya göz açıb. Orta məktəbi isə Sumqayıtda bitirərək, daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və 1992-1996-cı illərdə V.F.Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb.

40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Ramiz Cəfərov noyabrın 6-da Şuşa istiqamətində şəhid olub.

Ramiz Cəfərovun Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalıb. Atasının azadlığı uğrunda şəhid olduğu torpaqları ziyarət etmək Nigarın ən böyük arzusu olub.
Məhz Diasporla İş üzrə Dövlət Komitəsi şəhid övladının bu arzusunu gerçəkləşdirib. O, Şuşada - Cıdır düzündə Azərbaycan bayrağına sarılaraq, əlində atasının portreti ilə şəhid Ramiz Cəfərovun və bütün şəhidlərimizin xatirəsini anıb.

Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlıların erməni millətçiləri tərəfindən Qarabağda törədilən vəhşilikləri gözləri ilə görməsi və yaşadıqları ölkələrin cəmiyyətinə çatdırması məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsi Bakıda olan diaspor nümayəndələrinin ikinci qrupunun işğaldan azad olunmuş Şuşa şəhərinə səfərini təşkil edib.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol