• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən XƏBƏRDARLIQ: Bu şəxslər məsuliyyətə cəlb olunacaq

Yol polisindən XƏBƏRDARLIQ: Bu şəxslər məsuliyyətə cəlb olunacaq
28.09.2021 10:21
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir:

"Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı göstərilmişdir. Qərara əsasən, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən də 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir.

Ölkəmizdə koronavirus pandemiyasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün geniş miqyaslı vaksinasiya prosesinə başlanılıb. Lakin apardığımız müşahidələr nəticəsində məlum olub ki, görülən tədbirlərin fərqinə varmayan bəzi sürücülər müəyyən edilmiş qaydalara etinasız yanaşır, əhalinin sağlamlığını təhlükə altında qoyaraq peyvənd olunmadan fəaliyyət göstərəcəklərinə ümid bəsləyirlər".

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtomobil yollarında, eləcə də stasionar postlarda xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən seçmə üsulu ilə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılacaq. Tələblərə əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəklər.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol