• $
  • €
  • ₽
  • ₺
  • £

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur
12.10.2021 22:13
tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

"Qafqazinfo” xəbər verir ki, onun anası Zümrüd Yağmur sosial şəbəkə hesabında faktla bağlı detalları açıb.

O, cinayətkarın bugünədək cəzasız qalmasında prokurorluq orqanlarını günahlandırıb.

"Nədir məsələ? Bir il müddətində istintaq getdi. Cinayətin bütün faktları ekspertiza rəyləri ilə təsbit olunub. Həmin gecə Sənayın başına gələnlər sübut edilib.  

Sənayın təcavüzə uğraması ilə bağlı iki rəy var, amma nədənsə Yasamal Rayon Prokurorluğu – Elman Süleymanov və Tamerlan Qarayev deyib ki, biz eksperti çağıraq, ekspertin rəyini əsas götürək. Çağırdılar, sonra da dedilər ki, biz aşkar edə bilmədik”.
Z.Yağmur qeyd edib ki, CM-nin 149-cu maddəsi (anlaqsız vəziyyətdə cinsi təcavüzə məruz qalma) ilə cinayət işi açılıb:
"Həmin gecə Sənaya narkotik içirilib. Cinayətkara bir taksi narkotik gətirib. O taksinin nə özü, nə sürücüsü hələ də tapılmayıb. İstintaq kənarda qalıb, Sənayın ətrafındakıları çağırıblar ki, onu içən, çəkən görmüsünüz?
Yasamal rayon prokuror Elman Süleymanov mənə deyir ki, qızınıza  yaxşı tərbiyə verəydiniz. Dedim, hardan bilirsiniz mənim övladımın tərbiyəsi nədir? Bu qədər rəylərdən sonra bəlkə, mən sizin tərbiyənizi sorğulayım?

Mənə biri cavab versin ki, mənim azyaşlı qızıma bunlar niyə yaşadılır? Prokurorluqda Sənaydan ifadələr o qədər kobud alınırdı ki…
Biz həmin vaxt Səbail Rayon Polis İdarəsinə getdik. Polisdə bizimlə çox yaxşı rəftar etdilər. Müstəntiq bizimlə çox insani davrandı”.
Z.Yağmur qeyd edib ki, bacısı və qardaşı onun həbsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

O, məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət etdiyini açıqlayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol