• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tələbələr üçün 22 milyon manat vəsait ayrılacaq

Azərbaycanda tələbələr üçün  22 milyon manat vəsait ayrılacaq
05.11.2021 11:54
Tələbə kreditinin verilməsi üçün gələn ilin dövlət büdcəsindən ayrılacaq vəsait məlum olub.

Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 22 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
 
Azərbaycanda 2021/2022-ci tədris ilindən peşə təhsili müəssisələrinə dövlət hesabına tələbə qəbulu sayının 1 880 nəfər artırılması nəzərdə tutulub. Bundan başqa, sənədə əsasən, həmin müəssisələrdə təqaüdlərin tələbələrin müvəffəqiyyət göstəricilərindən asılı olaraq yeni qaydada ödənilməsi planlaşdırılır.
 
Azərbaycanda gələn il təhsil üçün dövlət büdcəsindən 3,884 milyard manat xərclənəcək. Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 13%-i deməkdir, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 18,5% çoxdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol