• $
  • €
  • ₽
  • ₺
  • £

Məşğulluq Mərkəzinin sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib

Məşğulluq Mərkəzinin sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
17.11.2021 15:25
İmişli rayon Məşğulluq Mərkəzinin sabiq direktoru barəsində olan cinayət işi məhkəməyə göndərilib.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
İmişli rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Elxan Rüstəmlinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.
İstintaqla qeyd olunan vəzifədə işləyərkən Elxan Rüstəmlinin Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka sorğusu keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq işsiz vətəndaşlar üçün dövlət büdcəsindən ayrılmış 55 min manat məbləğində vəsaitin faktiki olaraq yalnız 40 min manat hissəsini ödəməsinə, qiymətlərin şişirdilməsi yolu ilə 15 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə də dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 
Elxan Rüstəmliyə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
 
İstintaq zamanı vurulmuş ziyanın ödənilməsi təmin edilmişdir.
 
Cinayətin törədilməsində iştirakı olmuş digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində ayrıca icraata cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol