• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik aksiya keçirən qazilərin müraciətinə baxıb

Nazirlik aksiya keçirən qazilərin müraciətinə baxıb
19.11.2021 16:39
"Bu gün saat 11 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yaxınlığında toplaşan şəxslərdən yalnız 6 nəfəri nazirliyin Qəbul şöbəsinə fərdi qaydada öz müraciətlərini edib".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, müraciətlərin hər biri dərhal qeydə alınıb, dinlənilib: "Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərinə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib. Digər şəxs isə ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü deyib, protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Protezləşmə üçün hazırlıq mərhələsi keçməli olduğu diqqətinə çatdırılıb. Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub. Bununla bağlı da onlara izahat verilib".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol