• $
  • €
  • ₽
  • ₺
  • £

COVID-19 PCR testlərinin qiyməti ucuzlaşa bilər

COVID-19 PCR testlərinin qiyməti ucuzlaşa bilər
30.11.2021 11:37
16 may 2019-cu il tarixində ölkə prezidenti İlham Əliyevin açılışını gerçəkləşdirdiyi və "Azərbaycan İnvestisiya Şirkəti”nin də iştirak payı olan "DİAMED CO” Şpris İstehsalı Zavodu 2021-ci ilin avqust ayından etibarən daha bir yeni istehsal xəttini quraraq qlobal pandemiya dövründə ən çox tələb olunan COVID-19 virusunun PCR üsulu ilə aşkarlanması üçün istifadə olunan reagentlərin istehsalına başlayıb.

Şirkətdən verilən məlumata görə, zavod hazırda çox yüksək keyfiyyətli COVID-19 virusunu və onun mutasiyalarını təyin edə bilən reagentlər istehsal edir. Zavodun istehsal gücü illik 6 000 000 ədəddir.    
       
Şpris İstehsalı Zavodunun istehsal etdiyinin COVID-19 reagentlərinin qiymətlərinin aşağı olması ölkədə aparılan COVID testlərinin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.

Bundan əlavə, yerli reagentlərdən istifadə etməklə analizlərin nəticələri dəqiq olmaqla yanaşı, daha qısa müddətə hazır olacaq. 

Pandemiya başladığı dövrdən bu günə qədər statistika üzrə 5 526 664 ədəd COVID-19 PCR testi aparılıb. Bu sahədə yerli istehsalçının olması ölkədən böyük məbləğdə valyuta axınının qarşısını alacaq. (qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol