Nazir Tofiq Yaqublunun döyüldüyü iddia edilən bölməyə rəis TƏYİN ETDİ

Daxili İşlər Naziri Vilayət Eyvazov Bakının Səbail rayonu 39-cü polis bölməsinə yeni rəis təyin edib.
Əmrə əsasən rəis vəzifəsinə polis mayoru Sabir Həsənov təyin olunub.
39-cü bölmənin rəisi Fərzəliyev Fazil Ağaqardaş oğlu bir neçə müddət əvvəl vəzfəsidən uzaqlaşdırılıb. Yerinə təyin olmamışdı.
Bir neçə gün öncə Bakıda keçirilən etiraz aksiyası zamanı saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu adıçəkilən bölmədə döyüldüyünü iddia edib.(Unikal)
www.anews.az
Son xəbərlər 
Daha çox 























