• $
  • €
  • ₽
  • ₺
  • £

İşdən çıxarılan İsmayıl İsmayılovun oğlunun biznes şəbəkəsi - Siyahı

İşdən çıxarılan İsmayıl İsmayılovun oğlunun biznes şəbəkəsi - Siyahı
06.12.2021 21:07
Gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılovun oğlu Elvin İsmayılov böyük biznes şəbəkəsini idarə edir.
 
Anews.az  xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, Elvin ismayılov əvvəllər "Qəbələ Atçılıq klubu” MMC-yə rəhbərlik edib:

"Hazırda "Gilan Holdinq”ə daxil olan "Gilan İnşaat" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "Qəbələ Sport Store" MMC-yə rəhbərlik edir. "Qəbələ Sport Store" idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb.

İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "Core Construction" (keçmiş "Gilan Construction Group”) MMC-dir. 
Fotoda Elvin İsmayılov






 
Qeyd edək ki, 29 noyabrda Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Sabiq nazir müavini işdən azad ediləndən bir gün sonra verdiyi açıqlama ilə gündəm olmuşdu. Bildirmişdi ki, sözügedən sərəncam onun üçün gözlənilməz olub:

"Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum. Bundan böyük nə ola bilər? Əbədi heç nə yoxdur. Bu gün mən deyərdim ki, ölkədə bütün inkişaf onun sayəsində gedir. Son 300 ildə bizim torpaqlarımız alına-alına gedirdisə, bu gün onun sayəsində işğal olunan ərazilərimiz düşmən tapdağından azad olunub. Allah Prezidentimizi qorusun”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol