Məktəbi qızıl nişanla bitirən məzunların sayı açıqlanıb
25.12.2021 23:30
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbləri bu il 30 məzun qızıl və gümüş nişanla başa vurub, bu barədə idarədən məlumat verilib.
2020-2021-ci tədris ili üzrə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.