• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan jurnalistdən XƏBƏR VAR

Həbsdə olan jurnalistdən XƏBƏR VAR
24.12.2021 17:01
Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) vəsatəti təmin edilməyib.
 
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kənan Kərimov ifadə verib.
 
O bildirib ki, M.Ələkbərov ondan Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun mobil telefon nömrəsini alıb.
 
Daha sonra Vəkil Araz Nurməmmədov vəsatət qaldırıb. O, müdafiə etdiyi M.Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsini istəyib.
 
Vəsatət təmin edilməyib.
 
Daha sonra vəkil M.Ələkbərovun xəstə olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsindən alınan sənədi, həmçinin onun atası Məmmədhəsən Səməd oğlu Əkbərovun Əfqanıstan müharibəsinin və Birinci Qarabağ müharibəsinin iştirakçısı olması barədə sənədləri məhkəməyə təqdim edib.
 
Hakim verilən sənədləri cinayət işinə əlavə edib.
 
Bundan sonra hakim məhkəmə istintaqının tamamlanması barədə tərəflərin münasibətini öyrənib.
 
Vəkil A.Nurməmmədov istintaqın tamamlanmasına etiraz edib.
 
O bildirib ki, işdə olan diskələrə baxılması və tədqiq edilməsi vacibdir.
 
Hakim həmin disklərə növbəti iclasda baxılması barədə qərar qəbul edib.
 
Məhkəmənin növbəti iclası 2022-ci ilin yanvarın 7-də davam etdiriləcək.
 
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
 
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol