Bu şəxslər üçün sosial ödənişlər 50 faiz artırılıb

Post müharibə dövründə şəhid ailə üzvləri və müharibə əlilləri üçün sosial ödənişlərin məbləği orta hesabla 50 faiz artırılıb, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabatında bildirilir.
Ümumilikdə, 15800 şəhid ailəsinə, 4800 yaralı qaziyə sosial ödəniş olub. DSMF tərəfindən il ərzində 13000 qazi ziyarət olunub.
Gəncə, Masallı və Ucarda şəhid ailələri və müharibə əlillərinə bir pəncərə modelinde xidmətlərin təşkili üçün vahid əlaqələndirmə mərkəzləri yaradılıb.
Vahid əlaqələndirmə mərkəzlərinə Gəncə, Ucar və Masallı bölgələrindən ayrı-ayrılıqda 4000 müraciət olacaq, ümumilikdə, 12000 nəfərə xidmət göstərəcək.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























