• $
  • €
  • ₽
  • ₺
  • £

Biləsuvarı və 8 kəndi birləşdirən körpü nə vaxt istifadəyə veriləcək?

Biləsuvarı və 8 kəndi birləşdirən körpü nə vaxt istifadəyə veriləcək?
06.01.2022 13:36
Biləsuvarda 8 kəndi rayon mərkəzi ilə birləşdirən körpünün tikintisi gecikir və 15 günə yaxındır ki, burada işlər dayandırılıb, bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, artıq iki aydır ki, körpünün tikintisinə başlanılıb.

"Tezliklə açılışının olunacağı deyilsə də, təmir işləri yekunlaşmayıb. Körpüdə yalnız asfalt örtüyünün çəkilməsi qalıb. Lakin 15 günə yaxındır ki, burada heç bir iş aparılmır", - deyə bildiriblər. 

Sakinlər bildiriblər ki, Biləsuvar şəhərini ikiyə ayıran Bolqarçay çayı üzərində yerləşən körpü həm şəhəri, həm də ətraf kəndləri birləşdirir.
 
"Hər gün minlərlə sakin bu körpünün üzərindən keçirdi. Körpünün təmirə bağlanılması səbəbi ilə iki alternativ yoldan istifadə edirik. Bu yollardan istifadə zamanı isə əlavə 5-6 kilometr yol qət edirik ki, bu da həm əlavə xərc tələb edir, həm də vaxt itkisi ilə nəticələnir", - deyə qeyd etdilər. 

Sakinlərin iddiaları ilə bağlı "Report"un Muğan bürosuna açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, körpünün tikintisi reallaşıb və artıq yekunlaşmaq üzrədir.

Anar Nəcəfli həmçinin qeyd edib ki, körpünün tikintisində hər hansı gecikmə yoxdur.
 
"Körpünün tikintisinə ötən il noyabrın 15-də başlanılıb. Qısa müddət ərzində körpünün tikintisi reallaşıb və artıq yekunlaşmaq üzrədir", - deyə əlavə edib.

Onun sözlərinə görə, qış ayları olduğu üçün tökülən betonun quruması vaxt aparır.

 "Körpünün uzunluğu 24, eni 12,5 metrdir. Biraşırımlı körpünün hər iki tərəfində insanların rahat hərəkəti üçün piyada səkilərinin qurulması da nəzərdə tutulub. Körpüdə işlər artıq yekunlaşmaq üzrədir. Beton tökülüb və tökülən betonun quruması gözlənilir. Bir həftə ərzində orada işlər tam yekunlaşacaq və körpü sakinlərin istifadəsinə veriləcək" - Nəcəfli bildirib.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol