Əri tərəfindən baltalanaraq öldürülən qadın “Lider”in əməkdaşı olub

Bakıda beş gün əvvəl baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Anews.az APA-ya istinadən xəbər verir ki, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində əri tərəfindən balta və bıçaqla öldürülən 1991-ci il təvəllüdlü qadın Həmidə Həsənova deyil, Nahidə Həsənovadır.
Nahidə Həsənovanın əvvəllər "Lider" Televiziyasında texniki şöbədə işlədiyi də məlum olub.
Qeyd edək ki, Xətai Rayon Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Nahidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı N. Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























