• $
  • €
  • ₽
  • ₺
  • £

Amnistiyaya düşən qadın və yeniyetmələrin sayı açıqlanıb

Amnistiyaya düşən qadın və yeniyetmələrin sayı açıqlanıb
24.01.2022 15:29
"Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6191 nəfərə Amnistiya Aktı tətbiq edilib".
 
Bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
 
O bildirib ki, probasiya qurumlarının Baş Prokurorluqla razılaşdırılmış qərarları ilə 3 556, məhkəməyə verilən 4024 təqdimat əsasında bu günə qədər 2 635 məhkum haqqında amnistiya aktı tətbiq edilib: "Onlardan 506 nəfər qadın, 20 nəfər yetkinlik yaşına çatmayan, 6 nəfər əcnəbi, 243 nəfər 60 yaşına çatmış, 6 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır".
 
"Amnistiya tətbiq olunan şəxslərdən 2457 nəfər islah işləri, 77 nəfər isə ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Cərimə cəzasından azad edilən 1022 məhkum 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad edilib. Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1 542 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilən elektron qolbaqlar dərhal çıxarılıb, 1075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb", - Xidmət rəisi vurğulayıb.(Report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol