• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvar-fevral üzrə Şuşaya avtobus biletləri tam satılıb

Yanvar-fevral üzrə Şuşaya avtobus biletləri tam satılıb
25.01.2022 17:32
Bu ilin yanvar-fevral üzrə Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinə biletlər tam satılıb.

"Report"un əldə etdiyi məlumata görə, bu istiqamətdə ümumilikdə 1000-ə yaxın bilet satışı həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, həmin istiqamətə hərəkət etmək istəyən sərnişinlər həftədə 4 dəfə təşkil edilən Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutlarından istifadə edə bilərlər. 
 
"Bakıdan və digər ərazilərdən Əhmədbəyliyə səfər etməkdə heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar ya şəxsi avtomobilləri, ya da digər vasitələrlə Əhmədbəyliyə gedib oradan təşkil edilən reys vasitəsi ilə Şuşaya səfər edə bilər. Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir", - deyə o bildirib. 

Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol