Türkiyədə polis əməliyyat keçirdi - Üç azərbaycanlı qadın saxlanıldı

Türkiyənin Konya şəhərində fahişəliyə qarşı keçirilən əməliyyat nəticəsində üç azərbaycanlı qadın saxlanılıb.
Polis bu gün səhər saatlarında müəyyən edilmiş ünvanlarda əməliyyat keçirərək A.C., M.B., R.J., H.T. və A.G.-ni saxlayıb.
Polisin məlumatına görə, A.C. və M.B. Azərbaycan vətəndaşları R.J., H.T. və A.G.-ni pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa məcbur ediblər.
A.C. və M.B. isə insan alveri, fahişəlik, fahişəlik üçün yer təmin etmə və vasitəçilik maddəsi ilə məhkəməyə çıxarılacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























