• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa və Ağdama gedənlər bileti necə qaytara və ya dəyişə bilər?

Şuşa və Ağdama gedənlər bileti necə qaytara və ya dəyişə bilər?
26.01.2022 12:55
"Yolumuz Qarabağa” layihəsi çərçivəsində Şuşa və Ağdama təşkil edilən müntəzəm avtobus reyslərinə bilet almış Azərbaycan vətəndaşlarının biletləri qaytarmaq yaxud dəyişdirməsi üçün proseduralar müəyyən edilib.

Anews.az "report"a istinadla xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, biletlərin qaytarılma və ya dəyişdirilməsi qaydaları Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən müəyyənləşib:

"Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 6-cı bəndində bilet satışının təşkili, gediş haqqının ödənilməsi qaydasının şərtləri müəyyən edilib. Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədini təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 %-ni əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 %-ni çıxmaqla ödənilmiş məbləği geri ala bilər.

Sərnişin avtobusun yola düşməsinə 2 saat qalmış bileti kassaya qaytarırsa bu halda, əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödəniş məbləği geri qaytarılır. Sərnişin avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda bileti kassaya geri qaytarırsa, biletin dəyərinin 15 %-i və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödəniş məbləği geri alına bilər.

İşğaldan azad olmuş ərazilərə müntəzəm marşrut xətləri şəhərlərarası sərnişindaşımaya aid olduğundan qeyd edilən qaydalar şamil edilir”.


Xatırladaq ki, yanvarın 24-də azad edilmiş ərazilərə müntəzəm avtobus reysləri təşkil olunub.


Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol