Bu il 32 universitetin akkreditasiyası aparılacaq

Bu il 32 universitetin instusional səviyyədə akkreditasiyası gözlənilir, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin yeni sədri Ülkər Səttarova bildirib.
"Bundan əlavə, bir çox universitetin monitorinqi aparılacaq. Eyni zamanda, orta təhsil üzrə "Məktəb inspektoru” layihəsinin genişləndirilməsi nəzərdə tutulur. Qeyri-formal təhsil istiqamətində bir çox şirkət və nazirliklərlə birgə layihələr planlaşdırılır. Yəni, ali təhsil sənədi tələb olunmayan, məsələn, aşpaz, saç ustası, bərbər, mobil telefon ustası və s. kimi qeyri-formal sahələr üzrə işlər genişlənəcək”, - deyə o əlavə edib. (apa)
www.anews.az

Son xəbərlər 
Daha çox 