Anasını baltalayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Xaçmazda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bildirilib ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilib və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranıb. Lakin R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























