• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərə 61 milyon manatdan çox subsidiya ödənilib - Nazirlikdən AÇIQLAMA

Bu şəxslərə 61 milyon manatdan çox subsidiya ödənilib - Nazirlikdən AÇIQLAMA
15.02.2022 14:04
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlayıb. Fevralın 15-də AKİA tərərindən payızlıq əkinlərə görə 159 min 500 fermerə ümumilikdə 61 milyon 836 min manat subsidiya ödənişi həyata keçirilib, Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı”na köçürülüb. Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitini 25 %-ini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 %-ini isə qeyri-nağd şəkildə gübrə, pestisid, herbisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almaq üçün sərf edə bilərlər.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar, təxminən, 300 min hektara yaxın əkin sahəsini əhatə edir.

Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib.

Payızlıq əkinlərə görə subsidiyalar təsərrüfat ilinin əvvəlində, fermerlərin aqrotexniki qulluq qaydaları apardığı müddətdə ödənilir. Subsidiyaların fevral-mart aylarında ödənilməsi fermerlərə təsərrüfat fəaliyyəti zamanı vəsaitə olan ehtiyacını təmin edir.

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçiriləcək. Payızlıq əkinlərə görə subsidiya ödənişlərinin ən optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

AKİA tərəfindən bu gün həmçinin süni mayalanma yolu ilə alınmış buzovlara görə, təsərrüfat sahiblərinə subsidiyaların ödənişi də həyata keçirilib. EKTİS üzərindən 4 993 fermerin kartına ümumilikdə 499 min 300 manat subsidiya köçürülüb.
Subsidiyaların ödənişi davam edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol