• $
  • €
  • ₽
  • ₺
  • £

""Media haqqında" yeni qanun məyusluq doğurur" - ABŞ səfiri

""Media haqqında" yeni qanun məyusluq doğurur" - ABŞ səfiri
17.02.2022 17:07
""Media haqqında" yeni qanunun qəbul edilməsi forması məyusluq doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb".

Anews.az "amerikaninsesi.org”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger fevralın 16-da ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təşkil edilən dəyirmi masada bildirib.

"Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi - mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ”, - səfir bildirib.

Azərbaycanın Demokratiya Forumuna dəvət edilməməsinə gəlincə səfir Litzenberger deyib ki, iştirakçılar bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib.

"Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır", - səfir deyib.

Qeyd edilir ki, fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev ölkə parlamentinin ötən il dekabrın 30-da qəbul etdiyi "Media haqqında” qanunu imzalayıb. Dövlət başçısı qanunun tətbiqi və ondan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman da imzalayıb.
Qanun parlamentdə qəbul edildikdən sonra ABŞ Dövlət Departamenti İlham Əliyevi onu hazırkı formada imzalamamağa çağırıb.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Sənəd 9 fəsil 78 maddədən ibarətdir
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol