• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsun" yeni qəhvə markasını təqdim edib - FOTO

"Azərsun" yeni qəhvə markasını təqdim edib - FOTO
21.02.2022 15:04
"Dreamland Country & Life"da "Coffee'NJoy" markası öz çeşidlərinin təqdimatını keçirib. "Azərsun Holdinq"in yeni qəhvə markası olan bu məhsul istehlakçılarına sevdikləri daddan daha ləzzətli bir təcrübə yaşadacağını vəd edir.

Təqdimat mərasimində çıxış edən məhsulun ərsəyə gəlməsində xidməti olan şəxslər "Coffee'NJoy" markasının bazarda özünə xüsusi yer tutacağına əmin olduqlarını bildiriblər. Zamanın nəbzini yaxından təqib edən şirkət gün keçdikcə böyüyən qəhvə bazarına yeni qəhvə markası "Coffee'NJoy"u təqdim etməklə marka istehlakçılarına xoş anlar bəxş edəcəyini vəd edir. Bu da əbəs yerə deyil. Belə ki, məhsulun istehsalında geniş bazar araşdırmasının, istehlakçının tələb və istəklərinin analiz edilməsi fonunda ən müasir standartlardan istifadə edilib. "Coffee'NJoy" markası satışa çıxmadan öncə bir çox dequstasiya testləri nəticəsində müsbət geri dönüşlər əldə edib. Bu testlərdə yüksək nəticələr əldə edilməsi markanın "Sevdiyiniz daddan daha ləzzətli" mesajının təsadüfi olmadığını bir daha sübut edir.

Təqdimatın "Coffee'NJoy" qədər dadlı keçdiyini desək, yanlış olmaz. Tədbir boyu xüsusi stendlər, məhsullar qonaqlara təqdim olunub, qonaqlara "Coffee'NJoy" haqqında ümumi məlumatlar verilib. Təqdimat zamanı iştirakçılara markanın gələcək planları və inkişaf strategiyası haqda da danışılıb.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol