Bakıda Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirilib

Ukraynanın ərazi bütövlüyünü dəstəklənir , bu fikri ictimaiyyət nümayəndələrinin Bakıda Ukrayna səfirliyi qarşısında keçirdikləri aksiyada bildirilib.
Aksiya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə keçirilib.
UABD-ın sədri Hikmət Cavadov Ukraynanın Azərbaycana hər zaman dəstək verdiyini xatırladıb.
"Vətən müharibəsi zamanı Ukrayna beynəlxalq arenada Azərbaycanı dəstəkləyib. Biz də buğun Ukraynanın yanındayıq”, deyə o bildirib.
Sonda aksiya iştirakçıları həmrəylik nümayiş etdirərək Ukraynanın Dövlət Himnini oxuyublar.





www.anews.az
Son xəbərlər 
Daha çox 























