• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid müəllimin xatirəsinə həsr olunmuş bilik yarışı keçiriləcək

Şəhid müəllimin xatirəsinə həsr olunmuş bilik yarışı keçiriləcək
10.03.2022 14:15
Aprelin 3-də Vətən müharibəsi şəhidi, riyaziyyat müəllimi Qoşqar Ömərovun xatirəsinə həsr olunan "Qoşqar – Riyaziyyat və Məntiq” yarışı keçiriləcək.

"Şuşa ili” tədbirlər planı çərçivəsində təşkil olunmuş yarışda orta ümumtəhsil məktəblərinin və liseylərin Azərbaycan bölməsində təhsil alan 5-8-ci sinif şagirdləri iştirak edə bilərlər.

Bilik yarışında iştirakçılar 60 dəqiqə ərzində onlara təqdim olunan 30 qapalı sualı cavablandıracaqlar.  Qaliblər "Fəxri fərman” və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Şəhid müəllim Ömərov Qoşqar Səxavət oğlu 1994-cü il fevralın 9-da Kürdəmir rayonu Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olub. 2015-ci ildə ADPU-nun Riyaziyyat-informatika müəllimliyi ixtisasının bakalavr pilləsini, 2018-ci ildə AZMİU-nun İnformasiya texnologiyaları ixtisası üzrə magistratura pilləsini bitirib.

2016-cı il "Hədəf Kursları” MMC-nin müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi işə qəbul olunub.

2020-ci il sentyabrın 21-də çağırışla ordu sıralarına qoşulub, sentyabrın 27-də Füzuli cəbhəsində müharibəyə qatılıb. Döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilib.

2020-ci ilin 4 noyabrında Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Ali baş komandanın əmri ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol