• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa ölkələri Azərbaycanda verilən vaksin və immunitet sertifikatlarını tanımır

Avropa ölkələri Azərbaycanda verilən vaksin və immunitet sertifikatlarını tanımır
01.04.2022 14:44
Azərbaycanda koronavirusa qarşı peyvənd olunmuş şəxslərə verilən sertifikatlar Avropa Birliyi ölkələrində sənəd kimi tanınmır.

Azərbaycan vətəndaşları Avropa Birliyi ölkələrinə səyahət zamanı vaksin sertifikatındakı QR (Quick Response - çevik cavab) kodun elektron sistemdə oxunmamağı ilə bağlı problemlər yaşayır. Bu məsələdə maneələrlə rastlaşan ölkə vətəndaşlarından biri hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıdır.

Mirvari Qəhramanlı iki ildir ölkədən getmək istəsə də viza mərhələsində bəzi sənədlərlə bağlı problem yaşayır. O deyir ki,Çexiyaya səyahət etmək istəsə də onun sənədlərində Azərbaycanda verilən sertifikatlar qəbul edilmir, üzərindəki QR kod isə oxunmur.

"Ailəm Çexiyada yaşayır. Mən iki ildir ki, nəvəmin həsrətini çəkirəm, balamı görə bilmirəm. Çünki Azərbaycan iki ildir ki,sənədləşmə işlərini apara bilmir. Avropa İttifaqı Azərbaycanın vaksinlə bağlı sertifikatlarındakı QR kodu qəbul etmir. Hər kəs bunu bir-birinin üstünə atır, heç kim məsuliyyəti öz üzərinə götürmür. Azərbaycanda müvafiq dövlət qurumları öz məsuliyyətini dərk edərək vəzifə səlahiyyətlərini vaxtında yerinə yetirmir”, - Qəhrəmanlı deyib.

Mirvari Qəhrəmanlı  bildirir ki, o hər üç dozanı pfizer vaksini vurdurub.

Deputat Fazil Mustafa isə Anews.az-açıqlamasında deyir ki, bir neçə millət vəkilləri də bu problemlə rastlaşıb. 

"Əslində vətəndaşlar bu hallarla rastlaşmamalıdır. Nazirlik bu istiqamətdə daha məsuliyyətli davranmalıdır və vətəndaşın xaricə gedərkən belə bir sıxıntı yaşamasına yol verilməməlidir. Çünki bu vətəndaşın günahı deyil. Bizdə millət vəkilləri də bu hallarla rastlaşıb. Bunu da gündəmə gətirdik amma belə hallar var və bu neqativ bir haldır. Hesab edirəm ki, bunun üzərində düşünmək lazımdır”.

Deputat Fazil Mustafa hesab edir ki,vətəndaşınn problemi ilə bağlı xarici partnyorlar, beynəlxalq səhiyyə təşkilatları ilə müzakirələr aparılmalıdır.

"Xarici partnyorlar,beynəlxalq səhiyyə təşkilatları ilə bu məsələ barədə ciddi müzakirə aparıb uyğunlaşdırma işlərini həyata keçirmək lazımdır. Çünki bundan ən çox əziyyət çəkən konkret situasiyada nə etdiyini bilməyən vətəndaşdır və onlar xarici ölkədə böyük bir məhdudiyyətlərlə rastlaşır. Səhiyyə Nazirliyi ümumi nəzarəti həyata keçirən qurumdur.Bəs bunun ümumi səhiyyə siyasətini kim həyata keçirir?Vətəndaş indi nə etməlidir İcbari Tibbi Siğorta, Təbib və Səhiyyə nazirliyinin arasında qalmayacaq ki? Vətəndaşın problemini həll etmək lazımdır", -  millət vəkili bildirib. 

QR kodların hazırlanmasında bilavasitə məsul olan İcbari Tibbi Siğortadan  isə məsələyə münasibətdə bildirdilər ki , təşkilat sistemi "gov.az" dövlət domeni üçünqurub və ölkə daxilində heç bir problem yoxdur. QR kodların ölkə xaricində tanınması isə artıq onarın səlahiyyətində deyil. 

"Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahəti zamanı ölkə vətəndaşlarının sertifikatlarındakı QR kod QR oxuyucusu ilə oxutdurduqda keçid edilən linkdə gov.az domeninin açılması sertifikatın dövlət qurumu tərəfindən verildiyini sübut edir", - qurumun agentliyimizə göndərdiyi yazılı cavabda bildirilir.
 
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə də müraciət etdik. Buradan da bildirdilər ki, məsələnin həlli onların səlahiyyətində deyil.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377S nömrəli Sərəncamına əsasən pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.
 
Amma hər vətəndaşın telefonunda olan  e-təbib-ə yüklənən vaksinasiya və immunitet sertifikatlarındakı QR kodlar ABŞ və Avropa İttifaqı ölkələrində oxunmur. Faktiki bu ölkələrə PSR testi əsasında daxil olan vətəndaşlar ictimai iaşə byektrlərinə buraxılmırlar. 

Səkinəxanım Məmmədova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol