• $
  • €
  • ₽
  • ₺
  • £

Saatlıda yeni sutəmizləyici qurğu istismara verilib

Saatlıda yeni sutəmizləyici qurğu istismara verilib
19.03.2022 13:21
"Azərsu” ASC bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Novruz bayramı ərəfəsində Saatlı rayonunun Orta Muğan kəndində əks-osmos tipli sutəmizləyici qurğu istismara verilib.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Saatlı rayonunun əvvəllər Qarayevkənd adlanan Orta Muğan kəndinin içməli su təchizatı indiyədək modul tipli sutəmizləyici qurğu hesabına təmin olunub. 2010-cu ildə quraşdırılmış modul tipli sutəmizləyici qurğuda suvarma kanalının suyu təmizlənərək əhaliyə verilirdi. Qurğu uzun illər istifadə olunub və istismar müddətini başa vurub. Üstəlik, son illər suvarma kanallarında suyun azalması və bəzi hallarda quruması nəticəsində qurğunun istismarı mümkünsüz olub. Bu səbəbdən son illər yay aylarında kənd sakinlərinin içməli su təminatında ciddi problemlər yaranırdı. Həmin dövrdə əhalinin içməli su təminatı uzaq məsafədən maşınlarla daşınan su hesabına ödənilirdi.

Bütün bunlar nəzərə alınaraq kənddə yaranan su çatışmazlığının həlli məqsədilə yeni layihənin icrasına başlanılıb. "Azərsu” ASC-nin daxili imkanları hesabına həyata keçirilən layihə subartezian quyusunun qazılması və buradan çıxarılan codluğu yüksək olan suyun içməli su standartları səviyyəsində təmizlənməsini nəzərdə tutur. Bu məqsədlə ərazidə subartezian quyusu qazılaraq işlək vəziyyətə gətirilib. Quyudan çıxan su 20 kubmetr tutumu olan xam su anbarında toplanır. Emala ötürülən su ABŞ istehsalı olan əsk-osmos tipli sutəmizləyici qurğuda əvvəlcə qum və kömür süzgəclərindən keçirilir. Emal zamanı su əks-osmos qurğusunun 0,001 mikronluq süzgəclərində bütün asılı maddələr, virus və bakteriyalardan təmizlənir. Təmizlənmiş su 20 kubmetr həcmli təmiz su anbarına toplanır.

Emaldan keçən su şəbəkəyə ötürülməzdən öncə zərərsizləşdirilir. Suyun keyfiyyətinə regional laboratoriyanın səyyar laboratoriyaları tərəfindən mütəmadi nəzarət olunur. Şəbəkəyə ötürülən su ümumi istifadə üçün quraşdırılmış 15 bulaq vasitəsilə sakinlərə çatdırılır. Yeni qurğu Saatlı rayonunun Orta Muğan kəndinin 3 minə yaxın sakinini keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol