• $
  • €
  • ₽
  • ₺
  • £

Goranboyda arvadını öldürməkdə təqsirləndirilən şəxsin - Fotoları - YENİLƏNDİ

Goranboyda arvadını öldürməkdə təqsirləndirilən şəxsin - Fotoları - YENİLƏNDİ
25.03.2022 16:28
Goranboyda arvadını maşınla əzib daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun qətli nəyə görə törətdiyi ilə bağlı təfərrüat məlum olub.

Hadisə uşaq üstündə baş verib. Belə ki, cütlüyün birgə nikahdan iki oğlu, bir qızı var. 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir il əvvəl həyat yoldaşı Əfsanə Məmmədovadan ayrılıb, lakin rəsmi boşanmayıb. Ə.Məmmədova bir il əvvəl uşaqları ilə birlikdə Goranboy rayonunun Dəliməmmədli kəndinə, atasının evinə gəlib. Ayrı qaldıqları müddətdə M.Süleymanov bir neçə dəfə həmin kəndə gələrək uşaqları ilə görüşüb.

Mehman Süleymanov Novruz bayramı ilə əlaqədar uşaqlarını gəzməyə aparmaq istəyib. Lakin Əfsanə Məmmədova buna etiraz edib və uşaqların atası ilə getməsini istəməyib.

Martın 23-də Mehman Süleymanov Goranboy rayonuna gələrək uşaqlarını həyat yoldaşından tələb etsə də, qadın uşaqları gizlədib. Martın 24-də M.Süleymanov yenidən kəndə gəlib uşaqlarını istəyib. Ə.Məmmədova növbəti dəfə ona rədd cavabı verib. Həmin gün günorta radələrində Əfsanə Məmmədova Dəliməmmədli kəndində atasının evindən çıxarkən qəfil Mehman Süleymanovla rastlaşıb. M.Süleymanov ondan uşaqlarının yerini soruşanda Əfsanə Məmmədova ona rədd cavabı verib və aralarında mübahisə yaranıb. Qadın Mehman Süleymanovdan ayrılaraq qaçmağa başlayıb. Süleymanov isə dərhal idarə etdiyi "Land Rover" markalı avtomobilinə oturaraq qadını avtomobillə qovub. O Dəliməmmədli musiqi məktəbinin qarşısında qadını maşınla vurub. Hadisə nəticəsində Məmmədova ağır xəsarətlər alsa da, Süleymanov bununla sakitləşməyib. O avtomobilində olan bıçaqla qadına bir neçə zərbə endirərək qətlə yetirib.

Hadisəni törədən Süleymanov Bakı şəhərində sahibkarlıqla məşğul olurmuş. Kifayət qədər imkanlı olan Mehmanın Bakıda 2 mebel sexi, mağazaları, Yevlax şəhərində isə ticarət obyektləri var.
 
******

Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "Land Rover Discovery" markalı avtomobillə rayonun Dəliməmmədli şəhərində həyat yoldaşı Məmmədova Əfsanə Faxrəddin qızını vuran Mehman Süleymanov sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bir ildir faktiki olaraq ayrı yaşayan Əfsanə ilə Mehmanın iki oğlu var. 

Süleymanov avtomobillə Əfsanə Məmmədovanı Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında vurub, daha sonra bıçaqla ona xəsarətlər yetirib. Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı cinayət işi başlanıb.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol